Press "Enter" to skip to content

Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qəbul üçün ixtisas seçimi davam edir

BAYRAQDAR MEDİA – Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə, həmçinin tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi davam edir.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ixtisas seçimi sentyabrın 2-si saat 23:59-dək aparılacaq.

İxtisas seçmək hüququ olan abituriyentlər ali və orta ixtisas təhsili müəssisələrinin 20-dək ixtisas kodunu seçərək onları “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədikləri ardıcıllıqla daxil edib təsdiqləməlidirlər.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci nömrəsində, orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisaslarının siyahısı isə jurnalın 5-ci nömrəsində dərc olunub.
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul müsabiqəsində iştirak etmək üçün abituriyentlərin buraxılış (qəbul) imtahanında azı 50 bal toplaması, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə isə minimum 10 bal toplaması tələb olunur. Xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir.

“Abituriyent” jurnallarının elektron versiyalarını (PDF formatında) abiturient.az saytından əldə etmək mümkündür.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.