Press "Enter" to skip to content

BDU-nun tələbələri Çində təhsil alacaq

BDU-nun tələbələri Çində təhsil alacaq

BAYRAQDAR MEDİA – Bakı Dövlət Universiteti (BDU) və Çinin Pekin Kimya Texnologiyası Universiteti (PKTU) arasında “Kimya” ixtisası üzrə bakalavriat səviyyəsində bu il aprelin 21-də imzalanmış ikili diplom proqramının icrasına başlanılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “BDU-nun Kimya fakültəsinin “Kimya” ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alan tələbələri Nazlı Məmmədova, Orxan Qasımzadə, Züleyxa Abbasova Aysel Həmidova ikili diplom proqramı çərçivəsində təhsillərini davam etdirmək üçün PKTU-ya yola salınıblar. İkili diplom proqramının həyata keçirilməsi ali təhsilin məzmununun təkmilləşdirilməsi, tədrisin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması, tələbələrin beynəlxalq təcrübəsinin artırılması və müasir əmək bazarının tələblərinə cavab verən yüksəkixtisaslı mütəxəssislərin hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır. Proqramı uğurla başa vuran tələbələrə hər iki universitetin diplomu veriləcək. Proqram həmçinin BDU-nun beynəlxalq əlaqələrinin genişləndirilməsinə, xarici tərəfdaş universitetlərlə əməkdaşlığın inkişaf etdirilməsinə və tələbələr üçün yeni akademik imkanların yaradılmasına xidmət edir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.