Press "Enter" to skip to content

FHN-dən silsilə maarifləndirmə tədbirləri

FHN-dən silsilə maarifləndirmə tədbirləri

BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Gəncə Regional Mərkəzi (RM) tərəfindən Gəncə şəhər 3 nömrəli körpələr evi-uşaq bağçasında, Şimal-Qərb RM tərəfindən Zaqatala rayonu və Balakən rayonu Heydər Əliyev mərkəzlərində, Muğan RM tərəfindən Şirvan Regional Reklam İdarəsində, Aran RM tərəfindən Naftalan şəhər Mərkəzi Xəstəxanasında və Ucar rayon Dəmiryol Stansiyasında, Sumqayıt RM tərəfindən Sumqayıt şəhər Stomatoloji Poliklinikasında, Sumqayıt şəhər 48, 54 və 69 nömrəli körpələr evi-uşaq bağçalarında, Abşeron rayon Mərkəzi Kitabxanasında, Abşeron rayonu ərazisində yerləşən meşə massivlərində, istirahət zonalarında çalışan işçi personalı və istirahət edən vətəndaşlarla maarifləndirmə tədbirləri keçirilib”.

Daha sonra xəbərdə, “tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub. Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib. İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb” deyə qeyd olunur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.