BAYRAQDAR MEDİA – Prezident İlham Əliyevin tapşırığına və bölgələr üzrə vətəndaş qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov avqustun 31-də və sentyabrın 1-də Sumqayıt şəhərində növbəti vətəndaş qəbulu keçirib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “nazir əvvəlcə Sumqayıt şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib. Daha sonra Şəhər Polis İdarəsinin inzibati binasında qəbula gələn 585 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib”.
Ardınca xəbərdə, “vətəndaşların müraciətlərinin operativ və qanunvericiliyin tələblərinə uyğun həlli, habelə vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə müvafiq tapşırıqlar verilib. Müraciətlərin böyük əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb. Səfər çərçivəsində V.Eyvazov polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını da keçirib” deyə diqqətə çatdırılır.
Bildirək ki, sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 458 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.






İlk şərhi yaza bilərsiniz