BAYRAQDAR MEDİA – Energetika naziri Pərviz Şahbazov sentyabrın 18-də Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonlarından və Şuşa şəhərindən olan vətəndaşları qəbul edəcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyinin (EN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “qəbul saat 11:00-dan başlayaraq Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin inzibati binasında (ünvan: AZ4100, Laçın şəhəri, Heydər Əliyev küçəsi, giriş 96) keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün EN-in “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1146, 1245) telefon nömrələri (əlaqələndirici şəxs: Əzizə Cəfərova), minenergy@minenergy.gov.az elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) Qarabağ filialı (əlaqələndirici şəxs: İbrahim Şirinov, əlaqə telefonu: (050) 200-36-11, elektron poçt ünvanı: office.garabagh@regulator.gov.az) və EMTA-nın Gəncə filialı (əlaqələndirici şəxs: Səbuhi Mürsəlov, əlaqə telefonu: (050) 287-21-21, elektron poçt ünvanı: office.ganja@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər. Həmçinin sözügedən Nazirliyin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də müraciət etmək mümkündür”.






İlk şərhi yaza bilərsiniz