Son yeniləmə: 1 Sentyabr 2026
Gəlin maşınına yazılan söz üzlərdə təbəssüm yaradıb
BAYRAQDAR MEDİA – Elazığda toy mərasimlərini keçirən Dilek və Ömer cütlüyü xoşbəxtliklərini rəngarəng və yumoristik bir detallla tamamlayıblar. Cütlüyün gəlin maşınının arxa şüşəsinə yazdırdığı “Ha bizim evə gəlin olmusan, ha Elazığa vali” ifadəsi diqqət çəkib.
Bu barədə elazigsonhaber.com saytı məlumatn yayıb.
Məlumatda deyilir ki, Elazığa xas səmimi danışıq tərzini əks etdirən yazı gəlin maşınını görən vətəndaşların marağına səbəb olub və rəngarəng görüntülər ortaya çıxıb.
Gəlin maşınlarının arxasına yazılan ənənəvi və yumoristik ifadələrə fərqli yanaşma gətirən cütlüyün mesajı toy gününün təbəssüm doğuran detallarından biri olub.






İlk şərhi yaza bilərsiniz