Press "Enter" to skip to content

Əlçatan və sərfəli mənzillərin satışı davam edir

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial layihəsi üzrə bazar qiymətindən xeyli ucuz, yəni kv.metri 435-830 manat aralığında dəyişən mənzillərin satışı davam edir.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, mənzillər Bakının Ümid qəsəbəsində, Abşeron və Samux rayonlarında yeni yaşayış binalarındadır. Onlar 3 və 4 otaqlı, tam təmirlidir və istifadə olunmamış, çıxarışlıdır: “İpoteka krediti ilə də almağa uyğun olan bu mənzillərlə ms.sosial.gov.az portalı vasitəsilə tanış olmaq olar. Vətəndaşlar portal üzərindən seçdiyi mənzili və ya mənziləri “Bron et” düyməsini sıxmaqla bron edə bilərlər. Mənzilləri bron etmək istəyən şəxs bunun üçün ASAN Loginin autentifikasiya vasitələrindən birinə malik olmalıdır. Mənzili bron etmiş şəxslə Nazirlik arasında 10 gün müddətində dəyəri tam ödənilməklə mənzilə dair notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanır”.

Mənzillərin satışından əldə olunan vəsait ölkənin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldilir.

Əlavə məlumat əldə etmək istəyən şəxslər 142 – Çağrı Mərkəzinə müraciət edə bilərlər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.