Press "Enter" to skip to content

Sentyabrda Səyyar ASAN xidmət bu ünvanlarda olacaq

ASAN xidmət

BAYRAQDAR MEDİA – 1-25 sentyabr tarixində Qazaxda, Şirvanda, Xaçmazda, Biləsuvarda, Goranboyda, Göyçayda, Zaqatalada, Mərdəkanda və Xırdalanda vətəndaşlara səyyar xidmət göstəriləcək.

Bu barədə “ASAN xidmət”dən məlumat verilib.

Bildirilib ki, Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin hər kəs üçün daha rahat, innovativ üsullarla və əlçatan şəkildə təqdim edilməsidir. Bu xidmət vətəndaş məmnunluğunu təmin etməklə yanaşı, dövlət xidmətlərinin daha geniş kütləyə sürətli və bərabər şəkildə çatdırılmasına imkan yaradır.

Səyyar ASAN xidmət avtobusları həftə içi 5 gün saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir.

Vətəndaşlar səyyar xidmətlər barədə ətraflı məlumat əldə etmək üçün 108 (daxili nömrə 3 yığaraq) Çağrı mərkəzinə müraciət edə bilərlər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.