BAYRAQDAR MEDİA – Atatürk Universitetinin rektoru Prof. Dr. Ahmet Hacımüftüoğlu Ərzurumun Hınıs rayonunda universitetin koordinasiyası ilə davam etdirilən Parmaksız Kale Höyük arxeoloji qazıntılarına baxış keçirib. O, qazıntı heyətindən aparılan elmi araşdırmalar və əldə edilən tapıntılar barədə məlumat alıb.
Təxminən 5 min il əvvələ aid memarlıq qalıqları, təbəqələşmə və daşınan mədəni irs nümunələri rektor tərəfindən yerində araşdırılıb. Qazıntı evində osteoarxeoloji materiallar, insan və heyvan sümükləri, keramika nümunələri və digər arxeoloji tapıntılarla tanış olan Hacımüftüoğlu laboratoriya və sənədləşdirmə proseslərini də izləyib.
O, Parmaksız Kale Höyükdə aparılan işlərin Şərqi Anadolunun tarixi və arxeoloji xronologiyasının öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Rektor Atatürk Universitetinin elmi araşdırmaları və mədəni irsin qorunması istiqamətində layihələri dəstəkləməyə davam edəcəyini vurğulayıb. Hacımüftüoğlu daha sonra qazıntı heyəti ilə görüşərək gələcək işləri müzakirə edib və simvolik olaraq qazıntı işlərinə də qoşulub.






İlk şərhi yaza bilərsiniz