BAYRAQDAR MEDİA – 12-ci Beynəlxalq TURKCESS Konqresi 3–5 sentyabr tarixlərində Yaxın Doğu Universitetinin ev sahibliyi ilə keçiriləcək. Konqresdə 9 ölkədən 98 universiteti təmsil edən 467 tədqiqatçı iştirak edəcək və 340 elmi məruzə təqdim olunacaq.
“Yeni əsrdə təhsildə inklüzivlik, davamlılıq və transformasiya” mövzusunda keçiriləcək tədbirdə təhsil sistemlərinin dəyişən ictimai tələblərə necə cavab verəcəyi müzakirə ediləcək. Konqres çərçivəsində panellər və seminarlar da təşkil olunacaq.
Tədbir akademiklərə və tədqiqatçılara aktual araşdırmalarını beynəlxalq elmi ictimaiyyətlə bölüşmək, yeni əməkdaşlıqlar qurmaq imkanı yaradacaq. Məruzələrin böyük hissəsi təhsil, sosiologiya, psixologiya, pedaqogika, süni intellekt və rəqəmsallaşma mövzularına həsr olunacaq. TURKCESS-in builki toplantısının müxtəlif ölkələrdən alimlər arasında elmi əlaqələrin gücləndirilməsinə və təhsil, sosial və humanitar elmlər sahəsində tədqiqatların görünürlüğünün artırılmasına töhfə verməsi gözlənilir.






İlk şərhi yaza bilərsiniz