BAYRAQDAR MEDİA – Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı əsasında keçirilən avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatında ilk yarış günü başa çatıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Federasiyadan daxil olub.
Xəbərdə deyilir ki, “çempionatın birinci günündə idmançılar 11 dəst medal uğrunda mübarizə aparıblar. Qaliblər diplom və medallarla mükafatlandırılmaqla yanaşı, 29 sentyabr – 2 oktyabr tarixlərində keçiriləcək beynəlxalq Mingəçevir Reqasında iştirak edəcək komandanın heyətinə cəlb olunacaqlar”.
Qeyd edək ki, ölkə çempionatında idmançılar akademik avarçəkmə və kayak növündə 1 və 2 nəfərlik, kanoedə isə 1 nəfərlik qayıqda mübarizə aparırlar. Azərbaycan çempionatına sentyabrın 2-də yekun vurulacaq.






İlk şərhi yaza bilərsiniz