Press "Enter" to skip to content

Hərbi qulluqçulara diplomlar verilib – VİDEO

Hərbi qulluqçulara diplomlar verilib

BAYRAQDAR MEDİA – Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyənin Milli Müdafiə Universitetinin (MMU) Hərbi Dəniz Qüvvələri (HDQ) üzrə Gizir Hazırlığı Məktəbində təhsillərini uğurla başa vurublar.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “Yalova vilayətində keçirilən mərasimdə Türkiyə Hərbi Dəniz Donanmasının rəhbər heyəti, rəsmi qonaqlar, məktəbin müəllim-professor heyəti və məzunların ailə üzvləri iştirak ediblər. Azərbaycan hərbi qulluqçuları iki ölkə arasında hərbi təhsil sahəsində mövcud müqaviləyə əsasən Türkiyənin MMU-nun HDQ üzrə Gizir Hazırlığı Məktəbində təhsil alırlar. Təhsil ocağı 2 illik hərbi təhsil proqramı üzrə Türkiyə HDQ üçün miçman kadrlarının hazırlanmasında mühüm rol oynayır”.

Tədbirdə Azərbaycanın Türkiyədəki hərbi attaşelik aparatının nümayəndələri iştirak edərək miçman rütbələri almış 5 hərbi qulluqçumuzu təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıblar.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.