Press "Enter" to skip to content

Növbəti “MEK könüllüləri” proqramı

Növbəti “MEK könüllüləri” proqramı

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) kitabxana işi sahəsində praktiki təcrübə qazanmaq, peşəkar bacarıqlarını inkişaf etdirmək və elmi mühitdə fəaliyyət göstərmək istəyən gənclər üçün “MEK könüllüləri” proqramına yeni qəbul elan edir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “proqrama kitabxana işi ilə maraqlanan, yeni bilik və təcrübə əldə etmək istəyən, məsuliyyətli, intizamlı, ünsiyyətcil və komandada işləmək bacarığına malik 18–35 yaş arası gənclər müraciət edə bilərlər. Üç ay müddətində könüllülər MEK-in fəaliyyət istiqamətləri ilə yaxından tanış olacaq, real iş mühitində praktiki təcrübə qazanacaq və müxtəlif təlimlərdə iştirak edəcəklər. Proqram çərçivəsində iştirakçılar kitabxananın ənənəvi və elektron xidmətləri, oxuculara xidmət, tədbirlərin təşkili, rəqəmsal resurslardan istifadə, sosial media fəaliyyəti və digər istiqamətlər üzrə praktiki fəaliyyətə cəlb olunacaqlar”.

Ardınca xəbərdə, “könüllülük fəaliyyətini uğurla başa vuran iştirakçılara sertifikat, fəaliyyəti ilə fərqlənən könüllülərə isə tövsiyə məktubu təqdim ediləcək. Namizədlərin seçimi CV-lərin qiymətləndirilməsi və müsahibə mərhələləri əsasında həyata keçiriləcək. Proqramda iştirak etmək istəyən şəxslər 1 oktyabr 2026-cı il tarixinədək CV-lərini mekkonullu@gmail.com elektron poçt ünvanına göndərə bilərlər. Elanda qeyd olunan şərtlər və müraciət qaydaları barədə ətraflı məlumatı link vasitəsilə əldə etmək mümkündür” deyə qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.