Press "Enter" to skip to content

Paraatletika üzrə Açıq Qapı Günü

Paraatletika üzrə Açıq Qapı Günü

BAYRAQDAR MEDİA – Milli Paralimpiya Komitəsi paraatletika idman növü üzrə yeni istedadların aşkar edilməsi, əlilliyi olan şəxslərin idmana cəlb olunmasının təşviq edilməsi və milli komanda üçün perspektivli idmançılardan ibarət ehtiyat bazasının formalaşdırılması məqsədilə Açıq Qapı Günü keçirəcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Komitədən daxil olub.

Xəbərdə deyilir ki, “Açıq Qapı Günü çərçivəsində 12-17 yaş aralığında olan iştirakçılar paraatletikanın qaçış, uzunluğa tullanma və nüvə itələmə növləri üzrə öz bacarıqlarını sınamaq və mütəxəssislərin nəzarəti altında ilkin qiymətləndirmədən keçmək imkanı əldə edəcəklər. Tədbir 17 sentyabr 2026-cı il tarixində saat 12:00-dan 14:00-dək Bakı Atletika Mərkəzində keçiriləcək. Açıq Qapı Günündə qolun dirsəkdən aşağı və ya yuxarı hissəsinin inkişafdan qalması və ya amputasiyası; aşağı ətrafın inkişafdan qalması və ya amputasiyası; görmə məhdudiyyəti; normal dərəcədə kiçikboyluluq (cırtdanboyluluq); Serebral iflic əlillik meyarlarına uyğun olan 12-17 yaşlı şəxslər iştirak edə bilərlər”.

Daha sonra xəbərdə, “Komitə bu təşəbbüslə paraatletikanın daha geniş kütlələr arasında təbliğini, yeni istedadların üzə çıxarılmasını və gələcəkdə milli komandanın heyətinə cəlb oluna biləcək perspektivli idmançıların müəyyənləşdirilməsini hədəfləyir” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.