Press "Enter" to skip to content

Azərbaycan boksçuları Türkiyə və Belarus milliləri ilə birgə hazırlıq keçəcək

Azərbaycan boksçuları Türkiyə və Belarus milliləri ilə birgə hazırlıq keçəcək

BAYRAQDAR MEDİA – Qız və qadın boksçulardan ibarət Azərbaycan milliləri təlim-məşq toplanışının növbəti mərhələsinə başlayıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Boks Federasiyasından daxil olub.

Xəbərdə bildirilir ki, “hazırlıqlar baş məşqçi İlkin Ağayevin rəhbərliyi altında Bakıda keçirilir. Bakı Boks Mərkəzində təşkil olunan beynəlxalq toplanışda yığmalarımızla yanaşı, Türkiyə və Belarus milliləri də iştirak edəcəklər. Komandalar gündə 2 dəfə məşqə çıxacaq, yekunda sınaq döyüşlərində güclərini yoxlayacaqlar. 30-dək boksçunun qatılacağı toplanışda əsasən texniki-taktiki hazırlığa üstünlük veriləcək. Birgə məşqlər sentyabrın 14-də yekunlaşacaq”.

Qeyd edək ki, türkiyəli boksçular toplanışa sentyabrın 5-də qoşulacaqlar.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.