BAYRAQDAR MEDİA – Bakı Dövlət Universitetində (BDU) bakalavriat səviyyəsinə qəbul olan şəxslərin qeydiyyat prosesi davam edir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “BDU-ya qəbul olan abituriyentlər avqustun 28-dən “mygov” rəqəmsal hökümət platforması vasitəsilə qeydiyyatdan keçirlər. Bu günə qədər 4 min 100 abituriyent qeydiyyat prosesindən keçib. Məlumat üçün bildirək ki, elektron sistem üzərindən qeydiyyat prosesi sentyabrın 8-i saat 18:00-da başa çatacaq. Qeydiyyat üçün heç bir əyani sənəd tələb olunmur”.






İlk şərhi yaza bilərsiniz