Press "Enter" to skip to content

“Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı

“Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı

BAYRAQDAR MEDİA – Yeni dərs ilinin başlanması küçə və yollarda təhsilalanların, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması işində daha kəsərli tədbirlərin görülməsini tələb edir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “bu məqsədilə, DİN-in müvafiq göstərişinə uyğun olaraq, sentyabr ayının 5-dən oktyabr ayının 5-dək ölkə ərazisində “Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək. Tədbir çərçivəsində uşaq və yeniyetmələrin iştirakı ilə baş verə biləcək yol qəzalarının qarşısının alınması istiqamətində nəzarət-profilaktiki tədbirlərin gücləndirilməsi, onların hərəkət marşrutlarında, təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə yol şəraitinin müayinə olunması, müvafiq yol nişanlarının qoyulması, nişanlanma xətlərinin çəkilməsi və ya yenilənməsi, təhsil işçiləri, valideynlər və ictimai təsisatlarla birgə təhsilalanlar arasında maarifləndirilmə və təbliğat-təşviqat işinin daha da intensivləşdirilməsi nəzərdə tutulur”.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi yollarda uşaq travmatizminin minimuma endirilməsi istiqamətində hər kəsi ictimai iştirakçılığa və yol hərəkəti qaydalarına riayət etməkdə azyaşlılara şəxsi nümunə olmağa çağırıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.