BAYRAQDAR MEDİA – Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT Platformasının Baş katibi, millət vəkili Azər Allahverənov diaspor məsələləri üzrə tədqiqatçı-ekspert Elnur Eltürk və Avropa Xəbər Agentliyinin (European News Agency) əməkdaşı Vüqar Abbasovla görüş keçirib.
Xəbərdə deyilir ki, “görüş zamanı Avropa ölkələrində yaşayan azərbaycanlıların diaspor fəaliyyəti və bu sahədə həyata keçirilməsi vacib hesab olunan bir sıra tədbir və təşəbbüslər ətrafında müzakirələr aparılıb. A.Allahverənov QHT Platformasının fəaliyyəti, Türk dünyası dövlətləri arasında əlaqələrin inkişafı və vətəndaş cəmiyyəti institutları tərəfindən bu istiqamətdə həyata keçirilən təşəbbüslər barədə məlumat verib”.
Ardınca xəbərdə, “Kürdəxanı qəsəbəsi sakini olan V.Abbasov görüş zamanı qəsəbə və bütövlükdə Sabunçu rayonu ilə bağlı müxtəlif məsələlər, o cümlədən yol və küçələrin vəziyyəti və digər sosial-məişət məsələlər barədə danışıb. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçirilən görüşdə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib” deyə bildirilir.






İlk şərhi yaza bilərsiniz