Press "Enter" to skip to content

Yanğın-taktiki təlim – VİDEO

Fövqəladə Hallar Nazirliyi

BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Sumqayıt şəhəri ərazisində yerləşən “SOCAR”ın “Neft Kəmərləri” İdarəsinin Abşeron İstehsalat Bölümünün Neft Təhvili Sahəsində yanğınların söndürülməsi mövzusunda yanğın-taktiki təlim keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “təlimdə FHN-in aidiyyəti yerli strukturlarının müvafiq qüvvələri və Neft Təhvili Sahəsinin əməkdaşları, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Sumqayıt regional idarəsinin, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları iştirak edib. Təlimin keçirilməsində əsas məqsəd yüksək yanma qrupuna aid məhsulların emal edildiyi, strateji əhəmiyyət kəsb edən obyektlərdə yanğın baş verdikdə əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub”.

Daha sonra xəbərdə, “təlim zamanı Neft Təhvili Sahəsində baş vermiş şərti yanğın yerinə operativ çatan Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri işçilərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması, “yanğının söndürülməsi” və ərazidən “yaralıların xilas edilməsi” əməliyyatlarını yerinə yetiriblər. Uğurla keçirilən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib” deyə qeyd olunur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.