BAYRAQDAR MEDİA – Erciyes Universiteti ilə Kayseri Sənaye Odası arasında “Lisansüstü Təhsil Əməkdaşlığı Protokolu” imzalanıb. Sənaye Odası Məclis Salonunda keçirilən imzalanma mərasimində Rektor Prof. Dr. Fatih Altun, rektor müavinləri Prof. Dr. M. Hakan Poyrazoğlu və Prof. Dr. Cevdet Kırpık, KAYSO sədri Mehmet Büyüksimitci, Təhsil Elmləri İnstitutunun direktoru Prof. Dr. Onur Alp Orhan, Təbiət Elmləri İnstitutunun direktoru Prof. Dr. Munise Didem Demirbaş, Gevher Nesibe Genom və Kök Hüceyrə İnstitutunun direktoru Prof. Dr. Zuhal Hamurcu, İncəsənət İnstitutunun direktoru Dos. Dr. Levent Çoruh, Səhiyyə Elmləri İnstitutunun direktoru Prof. Dr. Aydın Alan, Sosial Elmlər İnstitutunun direktoru Prof. Dr. Atabey Kılıç və Sənaye Odası İdarə Heyətinin üzvləri iştirak ediblər.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Bildirilib ki, imzalanma mərasimində çıxış edən Rektor Prof. Dr. Fatih Altun universitet-sənaye əməkdaşlığının və magistratura-doktorantura təhsilinin əhəmiyyətinə diqqət çəkib: “İmzalanan əməkdaşlıq protokolu Erciyes Universiteti olaraq Sənaye Odamızla birlikdə magistratura-doktorantura əməkdaşlığı və universitet-sənaye əməkdaşlığı prosesləri baxımından son dərəcə əhəmiyyətlidir. Çünki sənayedən magistratura və doktorantura işləri üçün universitetimizdə çalışan mühəndislərin sənayedəki problemlərə yönəlmiş dissertasiya mövzularını müəyyənləşdirərkən buna diqqət yetirməyimiz vacibdir. Sənaye Odası sədri Mehmet Büyüksimitciyə dəstəklərinə görə təşəkkür edirəm”.
KAYSO sədri Mehmet Büyüksimitci də çıxışında Kayseri sənayesinin daim rəqabət şəraitində olduğunu bildirərək KAYSO-ya verdikləri dəstəyə görə Rektor Prof. Dr. Fatih Altuna təşəkkür edib.
Məlumata görə, imzalanan əməkdaşlıq protokolunun sənayeçilərin magistratura və doktorantura çalışmalarında iştirak etməsi baxımından Kayseri sənayesi üçün əhəmiyyətli olduğunu vurğulayan sədr Büyüksimitci universitet-sənaye əməkdaşlığı çərçivəsində ERÜ ilə hər zaman koordinasiyalı fəaliyyət göstərdiklərini bildirib. Çıxışlardan sonra Rektor Prof. Dr. Fatih Altun və sədr Mehmet Büyüksimitci əməkdaşlıq protokolunu imzalayıblar.






İlk şərhi yaza bilərsiniz