Tarixi həqiqətlər təhrif olunur
BAYRAQDAR MEDİA – Türkiyə Avropa Parlamentinin 2027-ci il AB büdcəsi ilə bağlı tövsiyələrində Cənubi Kipr Rum Administrasiyası (GKRY) tərəfindən Türkiyə Silahlı Qüvvələrinə (TSK) qarşı irəli sürülən iddiaları sərt şəkildə tənqid edib.
Bu barədə kibrispostasi.com saytı məlumat yayıb.
Məlumatda deyilir ki, Türkiyənin Xarici İşlər Nazirliyi Avropa Parlamentində gündəmə gətirilən “iftiralar”la bağlı yazılı açıqlama yayıb.
Açıqlamada Avropa Parlamentinin Qadın Hüquqları və Gender Bərabərliyi Komitəsinin 2027-ci il Aİ büdcəsi ilə bağlı verdiyi rəydə GKRY tərəfindən Türkiyə Silahlı Qüvvələrinə böhtan atmaq məqsədilə inşa ediləcək qondarma bir abidəyə vəsait ayrılmasının da tövsiyə edildiyinin öyrənildiyi bildirilib.
Açıqlamada qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələri 1974-cü il Kıbrıs Barış Hərakatı ilə Kıbrıs türklərinin məhv edilməsinin qarşısını alıb və adanın bütün ərazisinə yarım əsrdən artıqdır davam edən sülh gətirib.
“Rum tərəfinin irəli sürdüyü iddialar tarixi həqiqətləri təhrif edir və siyasiləşdirir. Aİ qurumlarının Kipr probleminin həllinə töhfə vermək əvəzinə, bitərəflik və ədalət prinsiplərindən uzaqlaşaraq Rum tərəfinin təbliğatına alət olması icmalararası etimadı daha da sarsıdır. AB rəsmilərini atdıqları hər addımla Türkiyəni AB-dən uzaqlaşdırmağı hədəfləyən çevrələrin alətinə çevrilməməyə çağırırıq”, – deyə açıqlamada bildirilib.






İlk şərhi yaza bilərsiniz