BAYRAQDAR MEDİA – Kafkas Universiteti ilə Türkiyə Beyazay Dərnəyi xüsusi qayğıya ehtiyacı olan şəxslərin universitet həyatında iştirakını asanlaşdırmaq məqsədilə əməkdaşlıq protokolu imzalayıb. Razılaşma çərçivəsində kampuslarda əlçatanlıq imkanlarının genişləndirilməsi üçün birgə layihələr həyata keçiriləcək. Fiziki, duyğu, psixoloji və zehni fərqlilikləri olan şəxslərin təhsil prosesinə daha fəal qoşulmasına şərait yaradılması nəzərdə tutulur.
Tərəflər təhsil və elmi araşdırmalarla yanaşı, tələbələrin peşəkar gələcəyinə yönəlmiş fəaliyyətlər də həyata keçirəcəklər. Kampuslardakı fiziki imkanların, texnologiya, infrastruktur, məhsul və xidmətlərin daha əlçatan hala gətirilməsi üçün iş aparılacaq. Həmçinin əlçatanlıq mövzusunda elmi araşdırma aparan tələbələrə də dəstək göstərilməsi planlaşdırılır.






İlk şərhi yaza bilərsiniz