BAYRAQDAR MEDİA – Adana Alparslan Türkeş Bilim ve Teknoloji Üniversitetinin (ATÜ) Təhsil və Tədris Koordinasiyası tərəfindən yeni tədris ili ərəfəsində tələbələr üçün keçiriləcək uyğunlaşma (orientasiya) proqramlarının planlaşdırılması və həyata keçirilməsi məqsədilə geniş toplantı təşkil olunub.
Bu barədə universitetdən məlumat verilib.
Bildirilib ki, rektorluğun iclas zalında keçirilən toplantıda rektor müavini Prof. Dr. Başak Doğru Mertlə yanaşı, aidiyyəti akademik və inzibati bölmələrin nümayəndələri iştirak ediblər.
Toplantıda universitetə yeni qəbul olunacaq tələbələrin akademik, sosial və mədəni həyata daha sürətli və səmərəli uyğunlaşmalarını təmin etmək məqsədilə həyata keçiriləcək tədbirlər ətraflı müzakirə olunub.
Uyğunlaşma proqramlarının təqvimi, tədbirlərin məzmunu, rəqəmsal məlumatlandırma prosesləri və bölmələrarası koordinasiya məsələləri nəzərdən keçirilib.






İlk şərhi yaza bilərsiniz