BAYRAQDAR MEDİA – Eskişehir Esnaf və Sənətkarlar Odaları Birliyinin sədri Adnan Karamanlı Anadolu Universitetinin rektoru Prof. Dr. Yusuf Adıgüzelə iş otağında baş çəkib.
Bu barədə universitetdən məlumat verilib.
Bildirilib ki, görüşdə Rektor Prof. Dr. Yusuf Adıgüzel ilə Adnan Karamanlı fikir mübadiləsi aparıblar.
Görüş zamanı Anadolu Universiteti ilə Eskişehir şəhərinin esnaf və sənətkarları arasındakı münasibətlərlə yanaşı, şəhərdə həyata keçirilə biləcək işlər və əməkdaşlıq imkanları da müzakirə olunub.
Rektor Adıgüzel səfərdən məmnunluğunu ifadə edərək Eskişehir Esnaf və Sənətkarlar Odaları Birliyinin sədri Adnan Karamanlıya təşəkkür edib. Görüş qarşılıqlı xoş arzuların bildirilməsindən sonra başa çatıb.






İlk şərhi yaza bilərsiniz