Press "Enter" to skip to content

2 festival eyni vaxtda keçiriləcək

Odunpazarı bələdiyyəsi

BAYRAQDAR MEDİA – Eskişehir Odunpazarı Bələdiyyəsi şəhərin ənənəvi xarakter alan iki böyük beynəlxalq incəsənət tədbirini eyni tarixlərdə sənətsevərlərin ixtiyarına təqdim edir. “Festivallar başlayır!” şüarı ilə elan edilən tədbirlər çərçivəsində həm şüşə, həm də keramika sənəti Odunpazarında bir araya gələcək.

Bu barədə eskisehir.net saytı məlumat yayıb.

Məlumatda deyilir ki, Odunpazarı Bələdiyyə sədri Kazım Kurtun ev sahibliyi edəcəyi proqram çərçivəsində “Şəhərin atəşi” şüarı ilə 9-cu Beynəlxalq Eskişehir Odunpazarı Keramika Bişirmə Texnikaları Seminarı keçiriləcək. Eyni vaxtda “Şüşənin sehri” mövzusunda 11-ci Odunpazarı Beynəlxalq Şüşə Festivalı təşkil olunacaq.

Atəş və şüşə ustalarının öz məharətlərini nümayiş etdirəcəyi və canlı performansların təqdim olunacağı beynəlxalq tədbirlər 19-23 sentyabr 2026-cı il tarixlərində Odunpazarında ziyarətçiləri qəbul edəcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.