BAYRAQDAR MEDİA – 31 avqust – 2 sentyabr tarixlərində İsveçrənin Cenevrə şəhərində UEFA-nın 2026/27-ci illər mövsümü üçün elit və I kateqoriyalı hakimlərin yay kursu keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “Azərbaycanı kursda beynəlxalq dərəcəli hakimlər Əliyar Ağayev və Elçin Məsiyev təmsil ediblər. Toplanış zamanı ötən mövsümün hakimlik təcrübəsi nəzərdən keçirilib, yeni mövsümlə bağlı əsas məqamlar və UEFA Hakimlər Komitəsinin təlimatları diqqətə çatdırılıb. Həmçinin hakimlərin fiziki hazırlıq səviyyəsi yoxlanılıb”.
Hakimlər keçirilən testləri uğurla başa vuraraq kursu tamamlayıblar.






İlk şərhi yaza bilərsiniz