Press "Enter" to skip to content

Azərbaycanlı hakimlər UEFA-nın təlimində

Azərbaycanlı hakimlər UEFA-nın təlimində

BAYRAQDAR MEDİA – 31 avqust – 2 sentyabr tarixlərində İsveçrənin Cenevrə şəhərində UEFA-nın 2026/27-ci illər mövsümü üçün elit və I kateqoriyalı hakimlərin yay kursu keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Azərbaycanı kursda beynəlxalq dərəcəli hakimlər Əliyar Ağayev Elçin Məsiyev təmsil ediblər. Toplanış zamanı ötən mövsümün hakimlik təcrübəsi nəzərdən keçirilib, yeni mövsümlə bağlı əsas məqamlar və UEFA Hakimlər Komitəsinin təlimatları diqqətə çatdırılıb. Həmçinin hakimlərin fiziki hazırlıq səviyyəsi yoxlanılıb”.

Hakimlər keçirilən testləri uğurla başa vuraraq kursu tamamlayıblar.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.