Press "Enter" to skip to content

İnsan alverinə qarşı mübarizəyə dair təlim

İnsan alverinə qarşı mübarizəyə dair təlim

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) nümayəndələrinin iştirakı ilə Naxçıvan Baş Gömrük İdarəsində insan alverinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə təlim keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “təlimdə iştirak edən Dövlət Gömrük Komitəsinin, Komitənin Tibbi Xidmət İdarəsinin, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin və Sosial Xidmətlər Agentliyinin nümayəndələri müxtəlif mövzularda çıxış ediblər. Çıxışçılar insan alverinin əlamətləri, risk qrupuna daxil olan şəxslərin düzgün qiymətləndirilməsi, potensial zərərçəkmişlərlə etik və hüquqa uyğun davranış qaydaları barədə məlumat veriblər. Agentliyin nümayəndələri İnsan Alveri Qurbanlarına Yardım Mərkəzində göstərilən xidmətlər, benefisiarların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində görülən işlərdən danışıblar”.

Daha sonra xəbərdə, “təlim zamanı insan alverinə qarşı mübarizədə aidiyyəti qurumlar arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Sonda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.