Press "Enter" to skip to content

Mehmet Kasım Gülpınar: İki ölkə arasındakı dostluğu daha da möhkəmləndirmək istəyirik

BAYRAQDAR MEDİA – “Azərbaycan ilə Türkiyə arasındakı tarixi və mədəni bağlar xüsusi əhəmiyyət kəsb edir. Bakıda iki yaxın mədəniyyətin bir araya gəlməsi böyük məna daşıyır”.

Bunu ötən həftə Bakıda keçirilən mərasim çərçivəsində mediaya açıqlamasında Şanlıurfa Böyükşəhər Bələdiyyə Başqanı Mehmet Kasım Gülpınar deyib.

O, qeyd edib ki, Bakıda nümayiş etdirilən fotoşəkillər Şanlıurfanın mühüm arxivini təşkil edir: “Avstriyalı və dünyaca tanınmış fotoqrafın iki ay ərzində şəhərdə apardığı çəkilişlərin bir hissəsi sərgidə təqdim olundu. Sərginin məqsədi yalnız Şanlıurfanı tanıtmaq deyil, həm də Azərbaycan-Türkiyə dostluğunu daha da gücləndirməkdir”.

Bu tədbirlərin həm də sadə insanlar arasında qarşılıqlı səfərlər üçün də stimul rol oynadığını deyən bələdiyyə başqanı azərbaycanlıların Şanlıurfaya səfər edərək iki toplum arasındakı mədəni oxşarlıqları daha yaxından tanımasını arzuladıqlarını vurğulayıb: “Şanlıurfa Göbeklitepe və Karahantepe başda olmaqla, Taş Tepeler layihəsi çərçivəsində mühüm arxeoloji ərazilərə ev sahibliyi edir. Şanlıurfadakı arxeoloji qazıntılara Yaponiya, Çin və digər ölkələrdən alimlər böyük maraq göstərir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.