Press "Enter" to skip to content

Ömər Yıldız: Səmərqənddə Türkologiya Qurultayını keçirərək 100 il əvvəlki arzunu reallaşdırdıq

Ömer Yıldız

BAYRAQDAR MEDİA – “Birinci Bakı Türkologiya Qurultayının 100 illiyi münasibətilə dünyanın müxtəlif ölkələrindən türkoloqların Bakıda bir araya gətirilməsi Türk dünyasının elmi-mədəni irsinə verilən önəmin göstəricisidir. Eyni zamanda, 100 il əvvəl Bakıda yaranmış türkologiya ənənəsinin Səmərqənddə keçirilən qurultayla davam etdirilməsi tarixi vəsiyyətin həyata keçirilməsi baxımından mühüm hadisədir”.

Bunu Yunus Emre İnstitutunun başqan yardımçısı Ömer Yıldız BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində deyib. Qeyd edək ki, müsahibəni yaxın günlərdə dəyərli oxuculara təqdim edəcəyik.

O bildirib ki, Bakı Türkologiya Qurultayının 100 illiyi münasibətilə dünyanın müxtəlif yerlərindən türkoloqlar Bakıya dəvət olunub:“100 il əvvəl burada bizə miras qalan türkologiya irsini yenidən canlandırdıq, gələcək nəsillərə anlatdıq və buradakı gənclərlə birlikdə türkologiya ilə bağlı bütün məsələləri müzakirə etdik”.

Ömer Yıldız qeyd edib ki, həmin tarixi hadisə ilə bağlı daha bir mühüm addım da atılıb. Onun sözlərinə görə, Bakı Türkologiya Qurultayının təşəbbüskarları həmin dövrdə Səmərqənddə də Türkologiya Qurultayının keçirilməsini planlaşdırıblar. Lakin dövrün şərtləri buna imkan verməyib:“Biz isə Səmərqənddə həmin Türkologiya Qurultayını keçirdik və bununla da o arzunu, o vəsiyyəti yerinə yetirmiş olduq”.

Başqan yardımçısı vurğulayıb ki, bu təşəbbüslə Azərbaycanın və Bakının Türk dünyasına verdiyi böyük töhfələr bir daha diqqətə çatdırılır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.