Press "Enter" to skip to content

Ömer Yıldız: Şanlıurfanı Bakıya gətirməyin xoşbəxtliyini yaşayırıq

BAYRAQDAR MEDİA – Yunus Emre İnstitutunun sədr müavini Ömer Yıldız Şanlıurfa Tanıtım Günləri çərçivəsində şəhərin mədəni zənginliklərini Bakıda təqdim etməkdən məmnunluq duyduqlarını bildirib. O, “tarixin sıfır nöqtəsi” adlandırılan Şanlıurfanın sərgisindən qastronomiyasına, musiqisindən gündəlik həyatına qədər müxtəlif xüsusiyyətlərini azərbaycanlı soydaşlarla bölüşməyi qarşılarına məqsəd qoyduqlarını deyib.

Ömer Yıldız foto sərgisinin Şanlıurfaya marağı daha da artıracağına inandığını deyib.

Onun sözlərinə görə, sərgini ziyarət edənlər şəhərin gözəlliklərini daha yaxından tanımaq və Şanlıurfaya səfər etmək istəyəcəklər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.