Press "Enter" to skip to content

Nazir Pakistanın Azərbaycandakı səfiri ilə görüşüb

Nazir Pakistanın Azərbaycandakı səfiri ilə görüşüb

BAYRAQDAR MEDİA – Sentyabrın 7-də gənclər və idman naziri Fərid Qayıbov Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasım Mohuddini qəbul edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “görüşdə Azərbaycan-Pakistan əlaqələrinin gənclər və idman sahəsində inkişaf etdirilməsi, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub. Həmçinin gənclər siyasəti və idman sahəsində təcrübə mübadiləsinin əhəmiyyəti qeyd olunub, mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb”.

Görüşdə nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Zərifə Zülfüqarova, səfirliyin inzibati məsələlər üzrə rəhbəri Məhəmməd Həsnain Ərşad da iştirak ediblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.