Press "Enter" to skip to content

WATERFEST keçirilib

BAYRAQDAR MEDİA – Ankara Bilim Universitetinin təşəbbüsü və Ankara Yelkən Klubunun əməkdaşlığı ilə WATERFEST tədbiri keçirilib. ABÜ&AYK Mogan Təsislərində təşkil olunan tədbirdə tələbələr yelkən, kanoe, avarçəkmə, stand up paddle (SUP) və SUP Yoga üzrə mütəxəssislərdən təlim alıblar.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Bildirilib ki, tədbir çərçivəsində tələbələr müxtəlif su idman növləri ilə tanış olmaq və onları praktiki şəkildə sınaqdan keçirmək imkanı əldə ediblər. Təşkilatçılar tədbirin keçirilməsinə verdikləri dəstəyə görə Ankara Bilim Universitetinin Qəyyumlar Heyətinin sədri Dr. Cəmələddin Kömürçüyə, universitetin baş katibi Ali Demirdağa və Ankara Yelkən Klubunun sədri Sermurat Küçükgülə təşəkkür ediblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.