BAYRAQDAR MEDİA – Iğdır Universitetinin rektoru Prof. Dr. Ekrem Gürel TRT Avazda yayımlanan “Tercih Atlası” proqramının qonağı olub. Burçak Ateş Gülerin aparıcılığı ilə yayımlanan proqramda universitetin inkişaf strategiyası, regional mövqeyi və beynəlxalq layihələri müzakirə edilib.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Bildirilib ki, rektor Gürel universitetin Türk dünyası və könül coğrafiyası ilə qurduğu akademik və mədəni əlaqələrdən də danışıb. O bildirib ki, 2008-ci ildə yaradılan universitetdə hazırda 11 fakültə, 4 peşə yüksək məktəbi və lisansüstü təhsil institutu fəaliyyət göstərir, 15 mindən çox tələbə təhsil alır.
Gürel bu il müxtəlif ölkələrdən 811 beynəlxalq tələbənin universitetdə təhsil aldığını diqqətə çatdırıb. O, 16 may 2025-ci ildə rektor təyin edildikdən sonra ilk xarici səfərini qardaş ölkə Azərbaycana etdiyini və iki ölkə arasında akademik əməkdaşlığın inkişafı istiqamətində mühüm addımlar atıldığını vurğulayıb.
Rektor, həmçinin universitetin ev sahibliyi ilə 24-25 noyabr 2026-cı il tarixlərində keçiriləcək “Beynəlxalq Qafqaz Konqresi” barədə məlumat verib.






İlk şərhi yaza bilərsiniz