BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) tərəfindən 20-yə yaxın şəhid övladı üçün Zəfər Muzeyinə ekskursiya təşkil olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “Vətən müharibəsinin 6-cı ildönümü günlərində keçirilən tədbirdə iştirakçılar Azərbaycanın tarixi Zəfərini, ordusunun döyüş yolunu və dövlət suverenliyimizin bərpasını əks etdirən muzey ekspozisiyası ilə tanış olublar. Muzeyin 8 ekspozisiya zalında nümayiş etdirilən tarixi faktlar, foto və videomateriallar, interaktiv təqdimatlar, həmçinin muzey üçün xüsusi hazırlanmış eksponat və maketlər iştirakçılara münaqişənin tarixi, 44 günlük Vətən müharibəsinin gedişi və şanlı Zəfər barədə ətraflı məlumat əldə etmək imkanı yaradıb”.
Ekskursiya şəhid övladlarının milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi, onların tarixi yaddaşının və vətənpərvərlik ruhunun formalaşdırılması, eləcə də cəmiyyətə inteqrasiyasına dəstək məqsədi daşıyıb.






İlk şərhi yaza bilərsiniz