Press "Enter" to skip to content

Kommersiya qurumlarının sayı 6,5 faiz artıb

BAYRAQDAR MEDİA – 2026-cı il oktyabr ayının 1-nə respublika üzrə uçotda olan 1.729.010 vergi ödəyicisinin 86,7 faizi fiziki şəxslər, 13,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,6 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,4 faiz, hüquqi şəxslərin sayı isə 5,7 faiz artıb.

Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabr ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 213.837 təşkil edib. Bu da əvvəlki illə müqayisədə 6,5 faiz çoxdur. 2026-cı ilin sentyabr ayında 1.208 kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onların 86 faizi yerli, 14 faizi isə xarici investisiyalı müəssisələrdir.

Kommersiya qurumlarının 83 faizi elektron qaydada qeydiyyata alınıb. 2026-cı ilin yanvar – sentyabr aylarında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 96,6 faiz təşkil edib.

2026-cı ilin oktyabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,4 faizi məhdud məsuliyyətli cəmiyyət formasında yaradılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.