Press "Enter" to skip to content

Pamukkale Universitetində tədris ilinin açılışı olub

BAYRAQDAR MEDİA – Pamukkale Universitetində 2026–2027-ci tədris ilinin açılış mərasimi Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri professor Erol Özvarın iştirakı ilə keçirilib. Tədbirdə Aydın Adnan Menderes Universitetinin rektoru professor Bülent Kent, digər universitet rəhbərləri, alimlər, tələbələr və rəsmi şəxslər iştirak ediblər.

Erol Özvar Türkiyə universitetlərinin dünya reytinqlərində mövqelərinin yüksəldilməsinin əsas hədəflərdən biri olduğunu bildirib. O, ən azı iki Türkiyə universitetinin dünyanın ilk 100 ali təhsil müəssisəsi sırasına daxil edilməsini hədəflədiklərini deyib. YÖK sədri, həmçinin strateji texnologiya sahələri üçün ixtisaslı kadrların hazırlanmasının vacibliyini vurğulayaraq qarşıdakı beş ildə 3 min gənc tədqiqatçının yetişdiriləcəyini qeyd edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.