BAYRAQAR MEDİA – Çanakkale Onsekiz Mart Universitetində yeni tələbələrin universitet həyatına və şəhərə uyğunlaşmasına kömək məqsədilə tanıtım günləri təşkil olunub. Tələbə Sosial Fəaliyyət Mərkəzində keçirilən tədbirdə şəhərdə fəaliyyət göstərən dövlət qurumları öz stendlərini təqdim ediblər.
Bu barədə universitetdən məlumat verilib.
Bildirilib ki, tələbələr ictimai xidmətlər, sosial imkanlar və qurumların fəaliyyəti barədə məlumat alıblar. Universitetin rektoru professor Ramazan Cüneyt Erenoğlu, rektor müavini professor Arda Aydın və Çanaqqala bələdiyyəsinin sədri Muharrem Erkek stendləri ziyarət edərək tələbələr və qurum nümayəndələri ilə görüşüblər. Tədbir tələbələrin şəhəri daha yaxından tanımasına və universitetlə yerli icma arasındakı əlaqələrin güclənməsinə xidmət edib.






İlk şərhi yaza bilərsiniz