Press "Enter" to skip to content

Ailə Zirvəsi universitetdə keçirilib

Tədbirdən foto

BAYRAQDAR MEDİA – Eskişehir Ailə Zirvəsi Eskişehir Osmangazi Universitetinin Konqres və Mədəniyyət Mərkəzində təşkil olunub. Tədbirdə Türkiyənin dövlət qurumlarının nümayəndələri, universitet rektorları və alimlər iştirak ediblər.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Bildirilib ki, rektor professor Emine Gümüşsoyun moderatorluğu ilə keçirilən xüsusi sessiyada İlim Yayma Vəqfinin Himayəçilik Şurasının sədri Necmeddin Bilal Erdoğan və İbn Haldun Universitetinin Himayəçilik Şurasının sədri professor İrfan Gündüz çıxış ediblər.

Rektor Gümüşsoy güclü ailənin cəmiyyətin dayanıqlılığı üçün vacib olduğunu bildirərək gənclərin həm ailə qurmasına, həm də karyera inkişafına imkan yaradılmasının əhəmiyyətini vurğulayıb.

Bilal Erdoğan ailənin yalnız iqtisadi tədbirlərlə qorunmasının mümkün olmadığını, milli-mənəvi dəyərlərin və ailə bağlarının gücləndirilməsinin vacibliyini qeyd edib. O, İlim Yayma Vəqfinin təqaüd proqramında ailəli doktorantlara və övladı olan tələbələrə əlavə maliyyə dəstəyi verdiyini açıqlayıb.

İrfan Gündüz isə ailənin möhkəmlənməsi üçün gənclərdə övlad sevgisinin təşviq edilməsinin vacibliyini vurğulayıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.