BAYRAQDAR MEDİA – İğdır Universitetinin 10 akademiki Stanford Universiteti və Elsevier tərəfindən hazırlanan “Dünyanın ən nüfuzlu alimləri” siyahısına daxil edilib. Tədqiqatçılar illik elmi təsir və karyera boyu elmi təsir olmaqla iki kateqoriya üzrə qiymətləndirilib; nəşrlər, istinadlar, h-indeksi və digər elmi göstəricilər nəzərə alınıb.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Bildirilib ki, illik elmi təsir kateqoriyasında dosent İshak Paçal, professor Aliihsan Şekertekin, müəllim İsmail Kunduracıoğlu, professor Gülçin Yıldız, dosent Faruk Özger, dosent Muhittin Kulak, professor Duried Alwazeer, dosent Fikret Türkan və dosent Cem Tırınk dünyanın ən nüfuzlu 2 faiz alimi arasında yer alıblar. Professor Aliihsan Şekertekin, dosent İshak Paçal və dosent Ramazan Topkaya isə karyera boyu elmi təsir kateqoriyasına daxil olublar.
Universitetin rektoru professor Ekrem Gürel bu nəticəni alimlərin uzunmüddətli əməyinin və beynəlxalq elmi fəaliyyətinin göstəricisi kimi qiymətləndirib. O, tədqiqat imkanlarının genişləndirilməsi və alimlərin beynəlxalq elmi mühitdə görünürlüğünün artırılması istiqamətində işlərin davam etdiriləcəyini bildirib.






İlk şərhi yaza bilərsiniz