Press "Enter" to skip to content

Naxçıvanda vergi ödəyicilərinin ümumi sayı artıb

Naxçıvan

BAYRAQDAR MEDİA – 1 oktyabr 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikası üzrə uçotda olan 56.810 vergi ödəyicisinin 94,7 faizi fiziki şəxslər, 5,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 6,9 faiz, o cümlədən fiziki şəxslərin sayı 6,9 faiz, hüquqi şəxslərin sayı isə 7,1 faiz artıb.

Qeydiyyatda olan kommersiya qurumlarının sayı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,6 faiz artaraq 1.966 olub. 2026-cı ilin yanvar – sentyabr aylarında kommersiya qurumlarının 81,8 faizi elektron qaydada, 18,2 faizi kağız daşıyıcısı əsasında qeydiyyata alınıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.