Press "Enter" to skip to content

9 nəfər azərbaycanlı Qazaxıstanda təhsil alacaq

9 nəfər azərbaycanlı Qazaxıstanda təhsil alacaq

BAYRAQDAR MEDİA – Azərbaycan ilə Qazaxıstan arasında həyata keçirilən Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində 9 nəfər Azərbaycan vətəndaşı 2026–2027-ci tədris ili üzrə Qazaxıstanın ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Qazaxıstan tərəfinin yekun seçim qərarına əsasən Azərbaycan vətəndaşlarından 4 nəfər “Al-Farabi Kazakh National University”, 2 nəfər “Almaty Management University”, 1 nəfər “L.N. Gumilyov Eurasian National University”, 1 nəfər “Maqsut Narikbayev University”, 1 nəfər isə “Caspian State University of Technology and Engineering named after Sh. Yessenov” universitetində təhsil alacaq. Təhsil almaq hüququ qazanan şəxslərdən 3 nəfər bakalavriat, 1 nəfər magistratura, 5 nəfər isə doktorantura səviyyəsi üzrə seçilib. Təhsil proqramları iqtisadiyyat və idarəetmə, humanitar və sosial elmlər, eləcə də yer elmləri ixtisas istiqamətlərini əhatə edir”.

Təqaüd proqramı “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi arasında elm və ali təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.