Press "Enter" to skip to content

Azərbaycan Ordusunda 1-ci səviyyəli özünüqiymətləndirmə təlimi

Azərbaycan Ordusunda 1-ci səviyyəli özünüqiymətləndirmə təlimi

BAYRAQDAR MEDİA – NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramına bəyan edilmiş Azərbaycan Ordusunun sülhməramlı tabor və Hərbi Polis bölüyünün 1-ci səviyyəli özünüqiymətləndirmə təliminin ilkin mərhələsi uğurla başa çatıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “təlimdə bölmələrin silahlanmasında olan texnika, təchizat, avadanlıqlara baxış keçirilib, NATO standartları və tələblərinə uyarlılıq səviyyəsi yoxlanılıb. Qeyd edək ki, qiymətləndirmə NATO-nun Quru Qoşunları Komandanlığının iştirakı ilə Alyansın müxtəlif qərargahlarının və tərəfdaş ölkələrin ƏİK üzrə qiymətləndiriciləri tərəfindən həyata keçirilir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.