Press "Enter" to skip to content

MHP liderindən son hadisələrlə bağlı mühüm açıqlama: İstiqamətimiz aydındır

Devlet Bahçeli

Devlet Bahçeli: İki ölkə arasındakı qardaşlıq hüququna xələl gətirməyə yönələn istənilən yanaşma qarşısında sağlam düşüncə, qarşılıqlı anlaşma və ortaq ağıl əsasında hərəkət etmək böyük əhəmiyyət daşıyır

BAYRAQDAR MEDİA – “Egedən Xəzərə, keçmişdən gələcəyə Türkiyə və Azərbaycan eyni könül coğrafiyasının iki qüdrətli dövlətidir. İki ölkə arasındakı qardaşlıq hüququna xələl gətirməyə yönələn istənilən yanaşma qarşısında sağlam düşüncə, qarşılıqlı anlaşma və ortaq ağıl əsasında hərəkət etmək böyük əhəmiyyət daşıyır. Türkiyənin Türk Dövlətləri Təşkilatının dövrü sədrliyini öz üzərinə götürəcək olması da bu proseslərin yaratdığı mühüm məsuliyyət və fürsətdir.”.

Bu fikirlər Türkiyənin Milliyetçi Hareket Partisi (MHP) genel başqanı Devlet Bahçelinin Türkiyənin Türk Dövlətləri Təşkilatına sədrliyinin başlaması münasibətilə mətbuat açıqlamasında öz əksini tapıb.

MHP-nin X sosial şəbəkə hesabından yayılan payıaşımda qeyd edilir ki, D.Bahçelinin Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin TDT-nin ən güclü dayaqlarından biri olduğunu vurğulayıb: “İki ölkə arasındakı tarixi, mədəni və qardaşlıq bağları siyasi hadisələrdən daha dərin köklərə, xalqlarımızın ortaq yaddaşına və könül birliyinə əsaslanır. Bu baxımdan Qarabağ Zəfərinin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın zirvə görüşündə keçirəcəkləri görüşün Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz iradəsini bir daha ortaya qoyacağına inanırıq”.

“İstiqamətimiz aydındır: başda Azərbaycan olmaqla, Türk dünyası ölkələri arasındakı qardaşlıq hüququna və könül bağına xələl gətirəcək heç bir nifaq toxumunun aramıza səpilməsinə imkan vermədən, türk respublikalarının suverenliyinə və müstəqilliyinə qarşılıqlı hörmət əsasında əməkdaşlığımızı dərinləşdirmək, tariximizin üzərimizə qoyduğu məsuliyyəti dərk edərək ortaq gələcəyimizi qurmaq, “Türk və Türkiyə əsri” hədəfini Türk dünyasının yüksəlişi ilə birləşdirməkdir”, – deyə açıqlamada bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.