Press "Enter" to skip to content

Mingəçevir Teatrında “Günəşin dostları” pyesinin oxunuşuna başlanılıb

Mingəçevir Teatrında “Günəşin dostları” pyesinin oxunuşuna başlanılıb

BAYRAQDAR MEDİA – Mingəçevir Dövlət Dram Teatrında yazıçı Elçin Məhərrəmin uşaqlar üçün nəzərdə tutulan “Günəşin dostları” pyesinin oxunuşuna başlanılıb. Əsər rejissor Aynur Eldənizin quruluşunda səhnə həyatına hazırlanır.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Teatrın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “nağıl, fantaziya və macəra elementlərini birləşdirən əsərdə dostluq, cəsarət, məsuliyyət və xeyirxahlıq kimi dəyərlər ön plana çəkilir. Hadisələr Abadıstan adlı xəyali məmləkətdə cərəyan edir. Tamahkar cadugər Şüşəgözün Tuk-Tuk adlı sehrli quşu qəfəsə salması dünyanı qaranlığa qərq edir. Günəşi yenidən doğdurmaq və həyatı əvvəlki axarına qaytarmaq üçün qəhrəmanlar çətin sınaqlardan keçməli olurlar. Tənbəl obrazının bu macəra zamanı cəsarətini kəşf edərək Qoçağa çevrilməsi əsərin əsas ideyasını — insanın dəyişmək və çətinlikləri dəf etmək gücünü ifadə edir”.

Daha sonra xəbərdə, “tamaşada Nənə obrazını Afət Əliyeva, Tuk-Tuk quşunu Lalə Abuşova, Eynəklini Hüseyn Mustafa və Şəmil Əliyev, Ananı Ruhəngiz Abdullayeva, Tənbəli Elvin Əkbərli, Balaca Şahzadəni Cavidan Abdullayev və Rəvan Adil, Şüşəgözü Könül Hacıyeva, Səkkizayağı Ceyhun Əhmədov, Arını isə Aytən İsmayılova canlandırır. Kütləvi səhnələrdə Vəfa İsmayılova, Amil Fərzəliyev, Rəvan Adil, İlahə Qasımova və Şəmil Əliyev iştirak edirlər. Tamaşanın rejissor assistenti Məlahət Ağayeva, rəssamı Pakizə Adilbəyli, musiqi tərtibatçısı Gülcahan Yusifovadır” deyə qeyd edilir.

Pyes bundan əvvəl Qax Dövlət Kukla Teatrında Əməkdar artisti Yusif Abdurrahmanov tərəfindən səhnələşdirilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.