BAYRAQDAR MEDİA – Oktaybrın 24-ü saat 19:00-da Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Klod Manyenin “Oskar” pyesi əsasında Xanım Aydının təbdili ilə işləməsində “Pullu komediya”nın premyerası keçiriləcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Telman Şıxıyev, musiqi tərtibatçısı Azər Hacıəsgərli, xoreoqrafı Emil Əzizov, rejissor assistenti Nəsibə Canəliyevadır. Səhnə əsərində əməkdar artistlər Kəmalə Müzəffər, Mehriban Abdullayeva, Nəsibə Eldarova, aktyorlar Anar Seyfullayev, Mətləb Abuşov, Nurlan Süleymanlı, Elşən Hacıbabayev, Müşfiq Əliyev, Könül Əbilova, Aygün Fətullayeva, Aydan Həsənzadə, Zümrüd Quliyeva, Fəridə Qurbanova, Mehriban Hüseynova, Sənan Kazım, İlhan Sadıqov, Venera Abbasova iştirak edirlər”.
Ardınca xəbərdə, “hadisələr Bakıda sabun fabriki sahibkarının ətrafında baş verir. Dinamik əhvalatlarla başlanan səhnə əsərindəki kiçik situasiyalar ardıcıl dəyişərək tamaşaçıda müsbət emosiyalar yaradır. Evlənmək və çoxlu pul qazanmaq istəyində olan Mənfəətin qarşılaşdığı tale oyunları təkcə onun yox, digər qəhrəmanların da gülünc vəziyyətə düşməsinə səbəb olur. Nəticədə isə məhəbbət qalib gəlir” deyə bildirilir.






İlk şərhi yaza bilərsiniz