Press "Enter" to skip to content

Yenilənmiş cüdo zalının açılışı

Yenilənmiş cüdo zalının açılışı

BAYRAQDAR MEDİA – Bakının Bakıxanov qəsəbəsində yerləşən Respublika Olimpiya İdman Liseyinin əsaslı təmirdən sonra yenilənmiş cüdo zalının açılışı olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Cüdo Federasiyasından (ACF) daxil olub.

Xəbərdə bildirilir ki, “açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, ACF-in vitse-prezidenti Elnur Məmmədli, icraçı vitse-prezidenti Rəşad Rəsullu, ACF prezidentinin müşaviri Natiq Bağırov, eləcə də idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Yenilənmiş cüdo zalı ACF tərəfindən müasir tatami və məşq prosesinin təşkili üçün zəruri olan digər avadanlıqlarla təchiz edilib. Burada yaradılan şərait liseydə təhsil alan gənc cüdoçuların hazırlıq prosesinin daha müasir tələblərə uyğun qurulmasına imkan verəcək”.

Sonra xəbərdə, “nazir zalda yaradılmış şəraitlə tanış olub, şagirdlərlə söhbət edib və məşqçi-müəllimlərlə fikir mübadiləsi aparıb. Tədbir çərçivəsində Bakı-2026 cüdo üzrə dünya çempionatında -60 kq çəki dərəcəsində qızıl medal qazanan Əhməd Yusifova dünya çempionları üçün nəzərdə tutulan qırmızı bel yazısı təqdim olunub. Bel yazısını cüdoçuya F.Qayıbov təqdim edib. Qeyd edək ki, Respublika Olimpiya İdman Liseyində inzibati bina, sinif və yataq otaqları, yeməkxana, eləcə də digər idman zalları da təmirdən sonra istifadəyə verilib” deyə diqqətə çatdırılır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.