BAYRAQDAR MEDİA – Adana Alparslan Türkeş Elm və Texnologiya Universitetində “Əl-ələ təhlükəsiz gələcəyə” layihəsi çərçivəsində məlumatlandırma konfransı təşkil olunub. Adana Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin həyata keçirdiyi tədbirdə universitetə yeni qəbul olunan tələbələr və akademik heyət iştirak ediblər.
Bu barədə universitetdən məlumat verilib.
Bildirilib ki, konfransda terror və terrorizm anlayışları, terror təşkilatlarının insanları öz sıralarına cəlb etmə üsulları, radikallaşma və sosial şəbəkələr vasitəsilə manipulyasiya təhlükələri barədə məlumat verilib. Məqsəd tələbələrin mümkün təhdidlər barədə məlumatlılığını artırmaq, təhlükəsiz təhsil mühitinin formalaşmasına töhfə vermək və hüquq-mühafizə orqanları ilə əlaqə imkanlarını tanıtmaq olub.






İlk şərhi yaza bilərsiniz