BAYRAQDAR MEDİA – Anadolu Universiteti ilə Türkiyə Aşpazlar və Şeflər Federasiyası (TAŞFED) arasında təhsil, təcrübə, məşğulluq, elmi-tədqiqat və sektor əməkdaşlığını gücləndirmək məqsədilə protokol imzalanıb. Sənədi universitetin rektoru professor Yusuf Adıgüzel və TAŞFED-in İdarə Heyətinin sədri Bayram Özrek imzalayıblar.
Bu barədə universitetdən bildirilib.
Qeyd edilib ki. əməkdaşlıq çərçivəsində peşəkar aşpazların hazırlanması, tələbələrin praktiki bacarıqlarının artırılması və türk mətbəxinin qorunaraq beynəlxalq səviyyədə tanıdılması nəzərdə tutulur. Həmçinin davamlı qida istehsalı, tullantıların azaldılması və innovativ mətbəx texnologiyaları üzrə birgə layihələr həyata keçiriləcək.
Tərəflər təcrübə proqramlarının, ustad dərslərinin, karyera tədbirlərinin və elmi-tədqiqat layihələrinin təşkilinə dəstək verməyi planlaşdırırlar.






İlk şərhi yaza bilərsiniz