Press "Enter" to skip to content

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və “CleanHome” MMC-nin birgə təşkilatçılığı ilə Cəbrayıl rayonunun Şükürbəyli kəndində əmək yarmarkası keçirilib.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, aktiv məşğulluq tədbiri Şükürbəyli kənd inzibati binasında təşkil olunub.Yarmarkada qeyd edilən MMC üzrə vakansiyalar təqdim edilib.

Tədbirdə iştirak edən şəxslərə iş yerləri üzrə tələblər izah edilib, vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb. Vətəndaşlar Dövlət Məşğulluq Agentliyinin aktiv məşğulluq proqramları barədə də məlumatlandırılıblar

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.